
Gürcüstanda təlim-məşq toplanışında olan "Səbail" klubu növbəti yoxlama oyununu keçirib.
Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Bayıl təmsilçisi yerli "Qaqra" komandası ilə qarşılaşıb.
Mahmud Qurbanovun yetirmələri 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Səbail" Gürcüstan toplanışındakı ilk sınaq oyununda Tbilisi "Dinamo"suna 0:2 hesabı ilə məğlub olmuşdu.