
Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan "Sabah" növbəti yoxlama oyununda qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Kipr təmsilçisi "Atrikas Xlorakas"la qarşılaşıb.
Matç rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan təmsilçisindən qolları Davit Volkov və Anatoli Nuriyev vurublar.
Qeyd edək ki, "Sabah" ilk yoxlama görüşündə İsrailin "Hapoel" (Hadera) klubuna uduzub - 0:1.