
"Neftçi" UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin cavab oyununda Kipr "Aris"ini 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Laurentsiu Regekampf matçdan sonra "CBC Sport"a açıqlamasında görüşü dəyərləndirib:
"Çox yaxşı oyun nümayiş etdirdik. Bəlkə də keçən oyundakı məğlubiyyətdən sonra bu görüşdə qələbə qazanıb mərhələ adlayacağımızı deyəndə mənə gülürdülər. Mən oyunçularımın keyfiyyətini bilirəm və ona görə həmin açıqlamanı vermişdim. Təbii ki, əsas nailiyyət futbolçularındır. Rəhbərliyə təşəkkür edirəm ki, belə keyfiyyətli oyunçular gətiriblər. Atmosfer, azarkeşlər mükəmməl idi. Sanki meydanda 12 oyunçu ilə oynayırdıq".