
"Qəbələ" yeni transfer reallaşdırıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Neftçi"nin sabiq forvardı "qırmızı-qaralar"la anlaşıb.
Braziliyalı hücumçu ilə 1 illik müqavilə imzalanıb. Başqa sözlə, 31 yaşlı cənubi amerikalı 2022/2023 mövsümünün sonuna qədər bölgə təmsilçisinin formasını geyinəcək.

Ötən mövsüm “Neftçi” ilə Azərbaycan Premyer Liqasının gümüş medalını qazanan Ramon karyerası ərzində Almaniyada “Reqensburq” (2012-2013), Braziliyada “Esportivo” (2014), “Lajeadense” (2014, 2015), “Santa Kruz” (2014), “Boa Esporte” (2015), “Brazil de Pelotas” (2016-2017, 2021), “Ponte Preta” (2017), “Yuventud” (2017), “Vila Nova” (2018), “İtuano” (2019), “Parana” (2019), “Santo Andre” (2020, 2021), “Botofoqo” (2020) klublarında forma geyinib. O, Premyer Liqada 24 oyunda 5 qol vurub.
Bununla da “Qəbələ” yay fasiləsində beşinci transferini gerçəkləşdirib. Maçadodan əvvəl İlkin Qırtımov, Səlahət Ağayev, Felipe Santos və Feras Abu Akal komandaya cəlb olunub.