
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Ferentsvaroş” oyunundan öncə baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov sabah saat 17:45-də media nümayəndələrinin qarşısına çıxacaq. 18:10-da isə komanda ilk 15 dəqiqəsi mətbuata açıq olan məşqi reallaşacaq. Qurbanovun mətbuat konfransı və komandasının məşqi "Azersun Arena"da baş tutacaq.
"Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesovun mətbuat konfransı isə saat 19:15-də olacaq. Saat 20:00-da isə Macarıstan təmsilçisinin media üçün açıq (ilk 15 dəqiqəsi) məşqi olacaq. Həm mətbuat konfransı, həm də açıq məşq Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
Mirağa