
Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Rapid” oyunu öncəsi baş məşqçi Laurentsiu Regekampf və futbolçu Azər Salahlının iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
Fanat.Az xəbər verir ki, tədbir sabah saat 17:30-da “Bakcell Arena”da keçiriləcək.
Konfransdan sonra, saat 18:00-da isə komandanın media nümayəndələri üçün ilk 15 dəqiqəsi açıq olan məşqi baş tutacaq.
Eyni məkanda, saat 19:15-də isə “Rapid”in mətbuat konfransı olacaq. Avstriyalıların son məşqi 20:00-da baş tutacaq.
Hər iki komandanın mətbuat konfransının və açıq məşqinin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.
Avqustun 4-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Rapid” matçına saat 21:00-da start veriləcək.