
Mert Çelik “Neftçi”nin şərəfini qorumağa davam edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın rəsmi "Facebook" səhifəsi məlumat yayıb.
Müqavilə ilə Türkiyənin “İstanbul Başakşehir” klubuna məxsus olan 22 yaşlı futbolçu icarə əsasında daha 1 il "Neftçi"nin heyətində çıxış edəcək.
Qeyd olunur ki, Çelik 2 nömrəli formanı geyinəcək.