
"Neftçi"nin Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi Avstriya "Rapid"i Bakıya yola düşüb.
Fanat.Az xəbər verir ki, avstriyalılar Vyanadan Bakıya 2800 km yol qət edəcək.
Saat 19:15-də "Rapid"in baş məşqçisi Ferdinand Feldhoferin "Bakcell Arena"da mətbuat konfransı baş tutacaq, daha sonra komandanın ilk 15 dəqiqəsi mətbuata açıq olan məşqi keçiriləcək.
Qeyd edək ki, "Neftçi" "Rapid"ə qarşı ilk oyununu avqustun 4-də Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.