
“Neftçi” klubunun sabiq prezidenti Orxan Hüseynzadəyə yeni təyinat gəlib.
Fanat.Az xəbər verir ki, o, Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Qazaxıstanda yerli “Kızıljar”la Kiprin APOEL komandası arasında keçiriləcək cavab oyununda UEFA nümayəndəsi olacaq.
Sözügedən qarşılaşma avqustun 11-də keçiriləcək. İlk qarşılaşmada Nikosiya təmsilçisi 1:0 hesablı qələbə qazanıb.