
"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Paytaxt təmsilçisi Gürcüstan millisinin hücumçusu Vato Arzeladzeni transfer edib.
24 yaşlı forvardla imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Vato Arveladze daha əvvəl ölkəsinin "Sasko", "Lokomotiv" (Tbilisi), Türkiyənin "Kasımpaşa", "Fatih Karagümrük" və Polşanın "Korona" klublarında çıxış edib.