Birinci divizionda çıxış edən "Mingəçevir"in işləri hələki yolunda gedir. Mövsümə "Neftçi-2" üzərində qazandığı möhtəşəm (4:1) qələbə ilə start verən klub maddi planda da irəli düşüb.
Belə ki, 2022/2023 üçün satışa çıxarılan mövsümi biletlərin artıq yarısı satılıb. Bu barədə klubdan Fanat.Az-a məlumat verilib.
Qeyd edək ki, "Mingəçevir"in çempionat və kubokdakı, həmçinin yoldaşlıq oyunlarını izləmək istəyən şəxslər bunun üçün cəmi 15 manat ödəməklə, bu hüquqa yiyələnə bilər.
Bundan başqa, ev oyunları üçün ayrıca adi biletin qiyməti 1 manatdır ki, "Neftçi-2" ilə matçda 3200 azarkeşin olduğunu nəzərə alsaq, bu, heç də az gəlir deyil.
Qeyd edək ki, "Mingəçevir" bu gün II tur çərçivəsində səfərdə "Zaqatala" ilə qarşılaşacaq.
Mirağa