“Neftçi” futbolçusu Mirabdulla Abbasovla vidalaşıb.
Fanat.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Mirabdullaya təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Mirabdulla Abbasov 2015-2016 və 2017 - 2022-ci illərdə ağ-qara formada 111 oyun keçirib, 21 qol vurub.