
“Neftçi”nin hücumçusu Yeqor Boqomolski Belarus milli komandasına dəvət olunub.
Fanat.Az xəbər verir ki, 22 yaşlı futbolçu UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 22-də Qazaxıstan, 25-də Slovakiya ilə matçlara çağırılıb.
Qeyd edək ki, Boqomolski Belarus milli komandasının heyətində 2 oyun keçirib.