Bu gün futbol üzrə Misli Premyer Liqasının VII turu çərçivəsində "Neftçi" "Səbail"in qonağı olub.
Fanat.Az xəbər verir ki, oyun "Neftçi"nin ələbəsi ilə ilə yekunlaşıb.
Oyundan sonra "ağ-qaralar"ın çalışdırıcısı Laurentsiu Regekampf ənənəvi mətbuat konfransında iştirak edib.
46 yaşlı mütəxəssis bildirib ki, 3 xal qazanmaq onlar üçün vacib idi:
"Çox yaxşı oynadıq. Bütün komandalar bizimlə matçlara mox motivasiyalı və aqressiv başlayırlar. Bəzən bizdə də problemlər yaranır. İlk hissədə epizodları qola çevirə bilməsək də, ikinci yarıda istədiyimiz oyunu göstərdik. Oyundan razıyam və 3 xala görə şadam.
"Qarabağ"a qarşı keçirəcəkləri matç asan oyun olmayacaq. Onların avrokuboklardakı çıxışı mükəmməldir. Dünən "Nant"a qarşı yaxşı oyun göstərdilər. Bilirəm ki, bu, böyük stresdir. Bütün futbolçular çox motivasiyalı olacaq. Bu görüşə hazırlaşmaq üçün vaxtımız var. Hazırda nəticə elə də önəmli deyil. Öz aramızda çox sayda matçlar olacaq. Önəmli olan uduzmamaqdır".