13:32 22.09.2022 380

PFL prezidentinin qolu niyə sarıqlıdır?

Peşəkar Futbol Liqasının rəhbər şəxsləri sentyabr ayında bir-birinin ardınca Premyer Liqa klublarının düşərgəsinə baş çəkir, onlarla görüşlər keçirirlər. Çempionatı keçirən qurumun prezidenti  Elxan Səmədov son günlərdəki ziyarətləri qolu sarıqlı halda gerçəkləşdirib. 

Fanat.Az bunun səbəbini öyrənmək PFL-in Media və Marketinq direktoru Sənan Abdullayevdən soruşub: "Elxan müəllim Minifutbol Federasiyasının keçirdiyi 40+ yarışlarında “Topçular” komandasının heyətində çıxış edir. Bu komanda həftədə iki dəfə olmaqla məşqlər keçir. Belə məşqlərdən birində top barmağına tuş gəlib. Həkimlər zədəni müayinə etdikdən sonra əməliyyata ehtiyac olduğunu bildirib. Əməliyyat zamanı ələ müvəqqəti olaraq mil yerləşdirilib".

Onu da qeyd edək ki, PFL rəhbərliyi artıq "Qarabağ", "Neftçi", "Zirə", "Kəpəz", "Turan", "Qəbələ", "Səbail" və "Sabah" klublarına baş çəkib. Sənan Abdullayev növbəti səfərin "Sumqayıt"ın düşərgəsinə olacağını və səfərin sabaha planlaşdırıldığını bildirib. 

O ki qaldı səfərlərin əsas məqsədinə, PFL rəsmisi buna belə aydınlıq gətirib: “PFL-in rəhbər heyəti olaraq səfərlərin əsas məqsədi eyni olsa da, klubların durumuna uyğun olaraq müzakirələrin əhatə dairəsi fərqlənir. Məsələn, qərb zonasına yollandığımız zaman “Turan Tovuz” – “Kəpəz” matçını izləməklə yanaşı bu bölgə klublarının infrastrukturu ilə tanış olduq. Onları narahat edən məqamları yerində görməklə real təsəvvür əldə etməyə çalışdıq. PFL prezidenti Elxan Səmədovun bu görüşlərdə tam tərkibdə iştirak tələbi digər rəsmilərimizin də öz vəzifə dairəsi çərçivəsində klubları maraqlandıran, qayğılandıran məsələlərə aydınlıq gətirilməsində birbaşa iştirak etməsi ilə bağlıdır.  Digər klublarımızda isə müzakirələr infrastrukturdan daha çox təşkilati məsələlərlə bağlı olur. Çempionatın startı, hazırkı durum, yaşadıqları problemlərlə əlaqədar fikirlərini bölüşürlər. Elxan Səmədov tərəfindən bunlar hamısı qeyd olunur və PFL-in səlahiyyətləri çərçivəsində olanların ən qısa müddətdə həllinə çalışmaq tapşırığı verilir. Misli Premyer Liqasında çıxış edən iki klubla görüşümüz qalıb. Bunlardan biri sabah “Sumqayıt”la olacaq. Sonda isə Şamaxıya səfər edəcəyik. Premyer Liqa klubları ilə yanaşı, Azərbaycan I Divizionunda çıxış edən klublar da diqqətdə saxlanılır. I Divizion klublarından "Araz-Naxçıvan" rəhbərliyi ilə görüş olub”.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

16:01

MPL: "Qəbələ" "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

Facebookdan bizi izləməyi unutmayın.
X