10:50 10.10.2022 370

“Neftçi” “Qarabağ”dan 5 xal geri düşdü - Tura baxış

Misli Premyer Liqasının ilk turuna yekun vuruldu. Düzdür, “Qarabağ”ın “Turan Tovuz”la qarşılaşması hələ də oynanılmayıb. Belədə dövrənin bütün oyunlarının keçirildiyini demək olmaz. Bununla belə “köhlən atlar” turnir cədvəlinin vahid liderinə çevrilə biliblər.

“Zirə” – “Şamaxı” 1:0
Qol:
Dmitrios Cantakias, 71.

“Zirə”: 41. Anar Nəzirov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 7. Filipe Paxtman
Ehtiyat oyunçular: 22. Nail Alışov, 50. Səlim Həşimov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 19. Təmkin Xəlilzadə, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 5. Moiz Adileu, 17. Toni Qomes
Baş məşqçi: Rəşad Sadıqov
“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 8. Kamal Mirzəyev, 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 22. Elçin Mustafayev, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 11. Kamran Quliyev, 4. Arsen Ağcabəyov, 83. Nihad Quliyev, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov, 23. Rövşən Şahmuradov
Baş məşqçi: Vüqar Əsgərli

IX turun ilk oyunu Zirədə keçirildi. Meydan sahibi “Zirə” turnir cədvəlinin sonuncusu “Şamaxı”nı qəbul etdi. Gözləntilər doğruldu və Rəşad Sadıqovun komandası yoluna itkisiz davam etdi. Çoxları “Zirə”nin “Şamaxı”ya daha çox qol vuracağını gözləsələr də, bu pronozlar özünü doğrultmadı. Meydan sahiblərinə qələbə gətirən qolu 71-ci dəqiqədə Cantakias Rəşad Əzizlinin qorumağa çalışdığı qapıdan keçirdi. Bu qol oyunda yeganə oldu və ötən tur çətin Tovuz səfərindən 3 xalla qayıdan “Zirə” növbəti qələbəsini qazandı.

Görünən odu ki, Rəşad Sadıqov komandasını toparlayıb və onun futbolçuları “Qarabağ”la oyundakı ağır məğlubiyyəti unudublar. “Zirə” artıq “Qəbələ”ni geridə qoymağı və 4-cü pilləyə yüksəlməyi də bacarıb. Cəmi iki xalı olan “Şamaxı” isə hələ də sonuncudur.

“Səbail” – “Sumqayıt” 1:0 
Qol: Turan Manafov, 39. 

“Səbail”: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 39. Tural Bayramlı, 7. Ruslan Hacıyev, 17. Rafael Məhərrəmli, 77. Ədilxan Qarəhmədov, 27. Emil Rosenov, 21. Kizito Luvaqa
Baş məşqçi: Mahmud Qurbanov
“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 15. Vüqar Bəybalayev, 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 12. Todor Todoroski
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 7. Araz Abdullayev, 24. Elşən Abdullayev, 55. İbrahim Əliyev, 20. Ayxan Süleymanlı, 30. Filipe Çabi, 23. Rifat Nurmuqamet, 9. Almir Aqanspahiç, 22. Damian Daniçiç
Baş məşqçi: Samir Abasov

“Sumqayıt”ın qələbəsiz və qolsuz günləri davam edir. “Şamaxı” kimi “Sumqayıt” da ilk dövrəni qələbəsiz başa vurdu. Maraqlıdı ki, “gənclik şəhəri”nin təmsilçisi heç rəqib qapılarına yol tapmağı da bacarmır. Komandanın aktivindəki bir top da oyun vəziyyətindən yox, penaltidən vurulub. Riad Rəfiyevlə Aleksey Baqa yayda o qədər bərbad heyət yığıblar ki, bu heyətin dərdinin dərmanını Samir Abasov da tapa bilmir. “Neftçi”ylə çempionluq yaşayan iddialı məşqçinin gəlişindən sonra “Sumqayıt”ın nə oyununda, nə də nəticələrində heç bir dəyişiklik yoxdu.

Mahmud Qurbanov və “Səbail” isə bir müddət rahat nəfəs ala bilər. “Sumqayıt” üzərindəki minimal hesablı qələbə onları bir qədər rahatlatdı. Son zamanlar “Səbail”in uğursuzluqları müzakirə olunur, Mahmud Qurbanovun etimad limitinin tükənmək üzrə olduğu deyilirdi. Bu mənada Tural Manafovun 39-cu dəqiqədə vurduğu qol lap yerinə düşdü. Gözlənildiyi kimi, “Sumqayı” bu qola cavab verə bilmədi. 

Cəmi 4 xalı olan “Sumqayıt” turnir cədvəlində yalnız “Şamaxı”nı qabaqlayır. Xalını 8-ə çatdıran “Səbail” isə 7-ci pillədədi.

“Neftçi” – “Turan Tovuz” 0:0

“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 20. Vüsal Əsgərov, 27. Fərid Yusifli, 82. Rüfət Abbasov, 85. Aşqin Abazərov, 78. Elcan Əbilov, 3. Mamadu Mbodj, 77. Yeqor Boqomolski, 2. Mert Çelik, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.
“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 4. Şəhriyar Əliyev (k), 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 6. Turan Vəlizadə, 55. Xulu Siyanda, 17. Natan Oduva, 9. İmeda Aşortiya, 23. Henri Okebuqvu.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 33. Eltun Turabov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 15. Vüsal Mənsimov, 5. Ben Aziz Dao, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov

Bu tur “Neftçi” üçün uğursuz keçdi. “Ağ-qaralar” ardıcıl iki oyunda qələbəyə həsrət qaldılar. “Qarabağ”la oyundakı məğlubiyyətə izah tapmaq, bəraət qazandırmaq mümkün idisə, “Turan Tovuz”la oyundakı xal itkisinə izah vermək heç cür mümkün deyil. Bu nəticə birmənalı olaraq “Neftçi” üçün uğursuzluqdu. “Bakcell Arena”da keçirilən oyunda qapılara qol vurulmadı. Tovuzlular əla müdafiə olunmaqla “Neftçi”nin qol sevinci yaşamasına imkan vermədi. Paytaxt klubun oyununda yetərincə problemlər görünür ki, Laurentsiu Regekampf bunları təhlil edib, tezliklə həlli yollarını tapmalıdı.

Ayxan Abbasovun komandasının “Qarabağ”la oyunda özünü necə göstərəcəyi maraqla gözlənilir. Amma istənilən halda elitanın debütantı ilk dövrədə özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Təsadüfi deyil ki, 11 xallı komanda 6-cı sıradadı. Bu nəticəni “Turan Tovuz” üçün yaxşı saymaq olar. “Neftçi” üçün isə bu sözləri demək mümkün deyil. 19 xalla 3-cü pillədə qərarlaşan “ağ-qaralar” artıq lider “Qarabağ”dan 5 xal geriyə düşüb. Bu fərqin qapadılması xeyli çətin olacaq.

“Qəbələ” – “Qarabağ” 0:1 
Qol: Filip Ozobiç, 58
Qırmızı vərəqə: İlkin Qırtimov, 43

"Qəbələ": 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 7. Rövlan Muradov, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 91. Ramon Maçado, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
"Qarabağ": 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 20. Kadi Borges, 11. Kvabena Ovusu.
Baş məşqçi: Qurban Qurbanov.

“Qarabağ” yoluna davam edir. “Köhlən atlar” iki cəbhədə uğurla mübarizə aparır. Ağdam klubu Yunanıstan səfərinin ardından Qəbələyə yollandı və ordan da 3 xalla qayıtdı. “Qəbələ” İlkin Qırtımovun meydandan qovulmasıyla 43-cü dəqiqədən azlıqda qalmışdı. 10 nəfərlə “Qarabağ”a qarşı mübarizə aparmaq isə heç də asan olmayacaqdı. Elə nəticə də bunu göstərdi. Bununla belə “Qarabağ” rəqibin qapısına cəmi bir dəfə yol tapa bildi ki, yeganə qolun müəllifi Filip Ozobiç oldu.

Oyundan sonrakı mətbuat konfransında Elmar Baxşıyevin etiraf etdiyi kimi, “Qəbələ” güclü rəqibinə qarşı açıq oynamaqdan çəkinirdi. Bu da hesabın minimal olmasını şərtləndirən əsas amil oldu. “Qəbələ”nin hazırkı imkanlarla və heyətlə “Qarabağ”a qarşı hücum futbolu sərgiləyəcəyi də gözlənilmirdi. Elə bu səbəbdən də minimal hesablı məğlubiyyət “Qəbələ” üçün faciə hesab olunmamalıdı.

“Qarabağ”ın bir oyunu ehtiyatda olsa da, bütün rəqiblərinə yuxarıdan aşağı baxır. Keçirdiyi səkkiz oyunun hamısında qələbə qazanan “Qarabağ” 24 xalla birincidir. 15 xallı “Qəbələ” isə 5-ci sırada qərarlaşıb.

“Sabah” – “Kəpəz” 5:0 
Qollar:
Coy-Lens Mikkels, 23. Kaşuk, 39; 52. Anatoli Nuriyev , 42, Namik Ələaskərov, 82

“Sabah”: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samiqullin, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 6. Abdulah Xaybulayev, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 18. Davit Volkov.
Baş məşqçi: Murad Musayev.
“Kəpəz”: 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev, 10. Əli Səmədov (k), 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 2. Zamiq Əliyev, 5. Peyman Keşavarzi, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 24. Mixeil Erqemlidze, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 1. Müşviq Nadirov, 8. Tural Axundov, 32. Elvin Yunuszadə, 80. Tural Rzayev, 77. Fərid Nəbiyev, 37. Ruslan Süleymanov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 78. Yeqor Xvalko.
Baş məşqçi: Tərlan Əhmədov.

“Kəpəz” Tərlan Əhmədovun gəlişindən sonra bir qədər dirçəlsə də, “Sabah”la oyunda məğlubiyyətdən qaçmaq mümkün olmadı. Özü də bu məğlubiyyət xeyli acınacaqlı alındı. “Sabah” doğma meydanda “Kəpəz”in qapısına beş cavabsız top vurdu. Hesabın oyuna görə olduğunu da qeyd etməliyik. Millinin heyətində Qazaxıstanın qapısına yol tapan Anatoli Nuriyev bu oyunda da fərqləndi. Namiq Ələsgərovun da qol vurması “Sabah” adına sevindirici məqamdı. Murad Musayevin komandası xeyli inamlı təsir bağışlayır. Bu mənada “Sabah”ın 2-ci pillədə yer alması, 9 oyundan 24 xal toplaması da ədalətlidi. Masazır təmsilçisi yeganə məğlubiyyətini “Qarabağ”la oyunda alıb ki, həm qarşılaşmada da komanda xeyli inamlı təsir bağışlayırdı.

9 tur ərzində 4 xal toplamağı bacaran “Kəpəz”in isə autsayder imicindən qurtulması xeyli çətin görünür. Ola bilsin ki, komandanın Gəncəyə qayıtması, rəqiblərini 2-ci dövrədən etibarən doğma meydanda qəbul etməsi nəticələrə də təsir göstərsin. Bütün bunlar isə gələcəyin işidir.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X