13:54 04.11.2022 5710

"Qarabağ" - "Frayburq" oyununa Almaniyadan baxış - REPORTAJ

"Qarabağ" ötən axşam Avropa Liqasının sonuncu qrup oyununda "Frayburq"la 1:1 bərabərə qalaraq Konfrans Liqasına düşdü. Bununla belə, Qurban Qurbanovun komandası Almaniya komandasına uduzmayan ilk komanda oldu. "Frayburq"un mətbuat xidməti Tofiq Bəhramov adına Respublika Stadionundakı matçla bağlı reportaj hazırlayıb. 

Fanat.Az həmin reportajı təqdim edir: 

"Azərbaycanın paytaxtı Bakı təzadlarla dolu metropoldur. Xəzər dənizinin sahilində orta əsrə aid qədim tikililəri şəhərin mərkəzinə doğru möhtəşəm binalar və hiper-modern otellər, ticarət mərkəzləri və mədəni məkanlar əvəz edir. “Qarabağ”ın Avropa Liqasında oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika Stadionu dördüncü kateqoriyaya aiddir. Arena köhnə üslubludur. Kənardan yalnız dam örtüyü ilə tanınır, qazon və tribunalar küçə səviyyəsindən aşağıdadır. 

Oyun başlamazdan əvvəl komandaların durumu fərqli idi. "Frayburq" ötən cümə axşamı Avropa Liqasının 5-ci qrup oyununda artıq 1/8 finala vəsiqəni təmin etdiyi halda, bizimkilərlə görüş Qurban Qurbanovun komandası üçün pley-off mərhələsinə vəsiqə qazanmaq baxımından finala bərabər idi. Eyni vaxtda Pireydə artıq mübarizədən kənarda qalan "Olimpiakos"la qarşılaşan “Nant”ın nəticəsindən də çox şey asılı idi. Bu halda, Azərbaycan komandası heç-heçə, hətta məğlubiyyətlə də istəyinə çata bilərdi.

“Frayburq”un məşqçilər korpusu oyun praktikası az olan bir neçə futbolçuya ilk dəqiqələrdən şans vermək qərarına gəlmişdi. "Şalke 04"-ə 2:0 hesabı ilə qalib gələn komandanın həmin start "11-liy"i demək olar, tamam yenilənmişdi... 

Yalnız qələbə qazanacağı təqdirdə taleyi öz əlində olacaq "Qarabağ" oyuna çox sürətli başladı və artıq 5-ci dəqiqədə Ovusu ilə ciddi təhlükə yaratdı. "Frayburq" istəkli, cəsarətli və əzmkar meydan sahiblərinə qarşı az qala 15 dəqiqə topsuz qaldıq. Tədricən rəqibi qapısından uzaqlaşdırmağa başlayan "Frayburq" 25-ci dəqiqədə hakim Aleksey Kulbakovun təyin etdiyi penalti ilə "Qarabağ"ın qapısına yol tapdı. 

"Frayburq"un təşəbbüsü ələ almasına baxmayaraq, Tofiq Bəhramov adına stadionda yüksək atmosfer yaradan azarkeşlər eyni əhval-ruhiyyədə qaldılar. 

İkinci yarı yeni start götürmüşdü ki, Kulbakov ikinci dəfə penalti nöqtəsini göstərdi. Uqo Sike Marko Veşoviçi cərimə meydançasında mübahisəsiz qayda pozuntusu ilə yerə sərdi. Ancaq VAR-a uzun müddət baxıldı və ötürmə zamanı Vesoviçin ofsaydda olduğu işarə edildi. Beləliklə, penalti ləğv olundu. 

4 dəqiqə sonra videoreferi yenidən diqqət mərkəzində oldu. Azarkeşlər Vesoviçin uzaq küncə ünvanladığı qola sevinərkən, hakim ekrana baxıb yenə ofsayd vəziyyətinə görə qərarını geri götürdü. 

Həyəcanlı ikinci yarıda saatın tamamında Bəhlul Mustafazadə 5 metrlik məsafədən boş qapını nişan ala bilmədi. Az sonra "Qarabağ" 10 nəfər qaldı. Kevin Medina tullanaraq açıq ayaqla Kevin Şadenin topuğuna zərbə endirdi və futbolçumuz zədələnərək əvəzləndi. Kulbakov videotəkrardan sonra birbaşa "qırmızı"ya qərar verdi.

Say üstünlüyünə baxmayaraq, "Frayburq" aqressiv ev sahiblərinə qarşı oyunu çətinliklə sakitləşdirə bilirdi. Halbuki "Nant"ın Pireydəki ilk qolundan sonra pley-offa çıxmaq üçün Qurban Qurbanovun komandasına birdən-birə iki qol lazım idi. Yeddi dəqiqəlik uzatma dəqiqələrinin əvvəlində Ovusu Kvabenanın baş zərbəsi ilə bərabərlik qolunu vurması oyunda həyəcanı bir qədər də artırdı. Ancaq "Frayburq" qalan dəqiqələrdə qapısını toxunulmaz saxlamağı bacardı. Beləliklə, Avropa Liqasının qrup mərhələsinin sonunda “Frayburq” və “Qarabağ”ın yolları ayrıldı. Komandamız 1/8 finala məğlubiyyətsiz yollanır..."

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
21:16

KL: "Dinamo Minsk" hesabda önə keçir - YENİLƏNİR

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

Facebookdan bizi izləməyi unutmayın.
X