13:13 05.11.2022 788

"Bəzən bəxtsizlik, bəzən isə hakimlər tərəfindən haqsızlıq oldu" - MÜSAHİBƏ

Misli Premyer Liqasının XIII turunda "Şamaxı" səfərdə "Turan Tovuz"u 3:1 hesabı ilə məğlub edərək bu mövsüm ilk qələbəsini qazanıb. 

"Şamaxı"nın futbolçusu Adil Nağıyev Fanat.Az-a müsahibəsində görüşü dəyərləndirib: 

- Adil, "Şamaxı" XII turdan sonra mövsümdə ilk qələbəsini qazandı. "Turan Tovuz" ilə matçı necə dəyərləndirirsiniz? Komandada əhval-ruhiyyə necədir? 
- Bu qələbə bizim üçün çox vacib idi. Yaxşı komandaya qarşı oynadıq. Öz meydanında yaxşı çıxış edirlər. Belə səfərdə 3 xal qazanmaq çətin olur. Amma həqiqətən yaxşı oynadıq. Demək olar ki, "Turan Tovuz"a heç bir şans vermədik. İnanırdıq ki, bu görüş bizim üçün dönüş nöqtəsi olacaq. Çünki çox yaxşı oyun nümayiş etdirdik. Ancaq artıq bu görüş geridə qaldı. Növbəti matça hazırlaşmalıyıq. 

- Son turlar "Turan Tovuz" rəqiblərinə başağrısı yaradan komanda idi. Sizcə, necə oldu ki, rəqib bu görüşdə belə ağır məğlubiyyətlə üzləşdi?
- "Turan Tovuz" yaxşı komandadır. Çempionatda öz sözünü deyən komandadır. Təcrübəli baş məşqçiləri var. Amma bu oyunda baş məşqçinin verdiyi tapşırıqları biz maksimum yerinə yetirməyə çalışdıq. Rəqibdən qat-qat güclü oynadıq. Bu qələbəyə layiq idik. 

- Bu qələbə qeyd etdiyiniz kimi "Şamaxı" üçün dönüş nöqtəsi ola biləcəkmi? Qarşıdakı turlarda fərqli "Şamaxı" görə biləcəyik? 
- Hər oyundan-oyuna inkişaf etmək istəyirik. Düzdür, yaxşı oynasaq da nəticə olmurdu. Amma bu matçda yaxşı oyunla nəticə qazandıq. Bu qələbə bizə motivasiya baxımından daha da kömək edəcək. İnşallah, qarşıdakı turlarda qələbələrimizin davamı gələcək. 

- Öz karyeranızla bağlı nə deyə bilərsiniz. Qarşıdan qış fasiləsi gəlir. Transfer pəncərəsi dönəmində klubunuzu dəyişmək ehtimalı var? 
- Çalışıram hər oyunda komandam üçün ən yaxşısını edim. Hazırda hansısa kluba keçməyi düşünmürəm. "Səbail"lə 2 illik müqavilə imzalamışam. Onun 1 ili "Şamaxı"da keçəcək. Növbəti ilini yəqin ki, "Səbail"ə qayıdaram. 

- Son olaraq idman gündəminin əsas müzakirə mövzusu olan "Qarabağ"ın Avropa Liqasında çıxışı eilə bağlı soruşmaq istərdim. Avropada yeganə təmsilçimiz olan Ağdam klubunun AL-də qrupdan çıxmağa bu qədər yaxın ikən Konfrans Liqasına düşməsinə münasibətiniz...
- "Qarabağ" bizim qürur mənbəyimizdir. Qrup oyunlarında rəqiblərindən üstün oynadı. Belə bir futbol oynadıqları üçün onlar haqda ancaq xoş sözlər demək olar. Bəzən bəxtsizlik, bəzən isə hakimlər tərəfindən haqsızlıq oldu. Amma Konfrans Liqasında onlara uğurlara arzulayıram. İnanıram ki, bacardıqlarından da irəlidə gedəcəklər. 

Röya Kərimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
21:16

KL: "Dinamo Minsk" hesabda önə keçir - YENİLƏNİR

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

Facebookdan bizi izləməyi unutmayın.
X