16:13 07.11.2022 660

“Neftçi” “Sabah”dan da uzaq düşdü, “Qəbələ”dən önəmli zəfər - Tura baxış

Misli Premyer Liqasının “nəhs turu” “Neftçi”yə düşərli olmadı. Sumqayıtda xal itirən “ağ-qaralar” artıq təkcə “Qarabağ”dan yox, “Sabah”dan da xeyli uzaq düşüb.

Masazırlılar “Qarabağ”la birlikdə inamla irəliləyir. Turun ən qazanclı komandası isə “Şamaxı” oldu. Tovuzdan 3:1 hesablı qələbə ilə dönən “Şamaxı” mövsüm ərzində ilk qələbəsini qazandı. Artıq elitanın qələbəyə həsrət yeganə komandası “Sumqayıt”dır.

“Turan Tovuz” – “Şamaxı” 1:3



Qollar: Runi Eva, 33-pen. - Kamran Quliyev, 17, Rauf Hüseynli, 42, Fuad Bayramov, 51

“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 55. Xulu Siyanda, 9. İmeda Aşortiya, 19. Runi Eva, 23. Okebuqvu Henri
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 36. İzzət Müştaqov, 87. Nazim Həsənzadə, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 14. Uğur Cahangirov, 30. Mirəli Əhmədov, 21. Qurban Səfərov
Baş məşqçi: Vüqar Əsgərli
“Turan Tovuz” daha evində əvvəlki kimi təhlükəli deyil. Doğma meydanda “Zirə”yə uduzan, “Səbail”ə qalib gələ bilməyən qərblilər “Şamaxı”ya məğlub olmaqla azarkeşlərini üzdü. Kamran Quliyev 17-ci dəqiqədə meydan sahiblərini şoka saldı. Amma 16 dəqiqə sonra bərabərlik qolunu vurmaq mümkün oldu. Düşünmək olardı ki, fasiləyə qədər bu hesabı qoruyan “Turan Tovuz” ikinci hissədə favorit adını isbatlayacaq. Müdafiəçilərin daha bir kobud səhvi bu arzunun gerçəkləşməsinə imkan vermədi. Tovuz klubunun legioner müdafiəçisi Xulu Siyanda həvəskar futbolçuların belə etməyəcəyi səhvə yol verdi və rəqibin 2-ci qolu vurmasına şərait yarandı. Fasilədən sonra da tovuzlular meydanda varlıq göstərə bilmədilər. Əvəzində “Şamaxı” daha bir qol vuraraq 3:1 hesablı qələbəyə sevindi.
Qələbə sayəsində xalını yeddiyə çatdıran “Şamaxı”nı “Kəpəz”dən cəmi bir xal ayırır. 6-cı sıradakı “Turan Tovuz”un isə 15 xalı var.

"Qəbələ” – “Zirə” 1:0



Qol: Ülvi İsgəndərov, 90+3.

“Qəbələ”: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 7. Rövlan Muradov, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Zirə”: 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 14. Hamidu Keyta, 5. Moiz Adileu, 26. Nemanya Andelkoviç
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 2. Sertan Taşkın, 13. Ramin Əhmədov, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 44. Dmitrios Çantakias, 17. Toni Qomes, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov
“Qəbələ” uzun müddət idi ki, qələbəyə həsrət qalmışdı. Bu müddət ərzində onlar “Şamaxı” və “Kəpəz” kimi autsayderlərə də bata bilməmişdilər. Qələbə həsrətinə əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə gözəl qol vuran Ülvi İsgəndərov son qoydu. Səfərə uduzmamağa gedən, bununla da 4-cü pillədəki yerini qorumağı hədəfləyən “Zirə”nin isə bu planı baş tutmadı. Aktivinə 3 xal yazdıran “qırmızı-qaralar” “Zirə” ilə yerlərini dəyişdilər. İndi “Qəbələ”nin 20, “Zirə”nin isə 19 xalı var.

“Sumqayıt” – “Neftçi” 2:2

Qollar: Riçard Qadze. 42, Murad Xaçayev, 61 -  Qodsvey Donyo, 47, Ataa Caber, 87.

"Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 15. Vüqar Bəybalayev, 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 43. Riçard Qadze, 12. Todor Todoroski, 22. Damian Daniçiç.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 7. Araz Abdullayev, 24. Elşən Abdullayev, 55. İbrahim Əliyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 23. Rifat Nurmuqamet, 9. Almir Aqanspahiç.
Baş məşqçi: Samir Abasov.
"Neftçi": 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 26. Ömər Buludov, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 17. Rəhman Hacıyev, 2. Mert Çelik, 20. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 78. Elcan Əbilov, 3. Mamadu Mbodj, 18. Vato Arveladze, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.
“Neftçi”yə uduzmamaq “Sumqayıt” və Samir Abasov üçün zəif təsəlli oldu. Düzdür, meydan sahibləri oyun ərzində iki dəfə hesabda önə keçdilər. Lakin səviyyə fərqi qələbə hesabını qorumağa imkan vermədi. Çox güman ki, “Neftçi”nin xal itirməsində təcrübəsiz qapıçı Rza Cəfərovun da inamsız oyunu rol oynadı. Amma hər şeyə görə qapıçını günahlandırmaq da olmaz. Görüşün “Neftçi” üçün çətin keçəcəyi gözlənilirdi. Belədə Regekampfın meydana təcrübəsiz qapıçı ilə çıxması təəccüblü oldu. Sumqayıt yolunda tıxaca düşən, buna görə də “gənclik şəhəri”nə yubanan qonaqlar ordan iki xal itirərək geri döndülər.
Qazanılan bir xal “Sumqayıt”ın turnir cədvəlinin sonuncu pilləsindən qurtulmasına kifayət etmədi. İtirilən iki xal isə “Neftçi”ni liderlərdən xeyli aralı saldı. İndi “Qarabağ”la xal fərqi 10-a, “Sabah”la isə 8-ə bərabərdir.

“Səbail” – “Sabah” 0:2

Qollar: Ceyhun Nuriyev, 36, Aleksey Kaşuk, 47

Aleksey Kaşuk 47-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı)
“Səbail”: 12. Hüseynəli Quliyev, 9. Mirabdulla Abbasov, 6. Cabir Əmirli (k), 17. Rafael Məhərrəmli, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Ehtiyat oyunçular: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 18. Vüsal Qənbərov, 21. Kizito Luvaqa
Baş məşqçi: Mahmud Qurbanov
“Sabah”: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 29. Ceyhun Nuriyev, 13. Abdulaye Ba (k), 7. Boyan Letiç, 99. Emmanuel Apeh, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 17. Tellur Mütəllimov, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 30. Nemət Şıxəmirov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 18. Davit Volkov
Baş məşqçi: Murad Musayev
Murad Musayevin komandası yoluna inamla davam edir. “Sabah” ilk dövrədə elə “Səbai”lə oyunda xal itirmiş, qolsuz heç-heçəyə razı olmuşdu. Bu dəfə Musayev işini ehtiyatlı tutmuş, görüşə daha ciddi hazırlaşmışdı. Artıq 36-cı dəqidədə Ceyhun Nuriyev hesabı açdı. Kaşuk isə 47-ci dəqiqədə penalti epizodundan fərqlənə bilməsə də, təkrar zərbə ilə topu tora qovuşdurdu. Bundan sonra hesabı qorumaq elə də çətin olmadı.
7-ci pillədə yer alan “Səbail” yenilgiləri sıralayır və cəmi 10 xal toplamağı bacarıb. 34 xalı olan “Sabah” isə “Qarabağ”ın ən yaxın izləyicididir.

“Qarabağ” – “Kəpəz” 3:1

Qollar: Ramil Şeydayev, 16-pen. Musa Qurbanlı, 76. Ovusu Kvabena, 79 - Yusif Nəbiyev, 75

"Qarabağ”: 23. Luka Quqeşaşvili 2. Qara Qarayev (k) 30. Abbas Hüseynov 4. Rahil Məmmədov 77. Ramil Şeydayev 18. İsmayıl İbrahimli 27. Toral Bayramov 22. Musa Qurbanlı 90. Nəriman Axundzadə 81. Kevin Medina 6. Julio Romao
Ehtiyat oyunçular: 89. Amin Ramazanov 7. Riçard Almeyda 5. Maksim Medvedev 55. Bədavi Hüseynov 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 29. Marko Veşoviç 10. Abdullah Zubir 8. Marko Yankoviç 20. Kadi Borqes 11. Kvabena Ovusu
Baş məşqçi: Qurban Qurbanov
“Kəpəz”: 68. Orxan Sadıqlı 8. Tural Axundov (k) 74. Yusif Nəbiyev 70. Nicat Süleymanov 14. Elçin Əlicanov 77. Fərid Nəbiyev 40. Ahmed Ayzaya 9. Mate Kvirkviya 78. Yeqor Xvalko 7. Giorgi Kantariya 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov 80. Tural Rzayev 37. Ruslan Süleymanov 97. Nicat Məmmədov 44. Nihat Fərəci 5. Peyman Keşavarzi 24. Mixeil Erqemlidze
Baş məşqçi: Tərlan Əhmədov
Gəncəli azarkeşlərin Respublika stadionunda yeganə təsəllisi “Kəpəz”in “Qarabağ”a qol vurması oldu. Ötən tur “Səbail” üzərində qələbəyə sevinən “Kəpəz” bu dəfə “Qarabağ” önündə aciz qaldı. “Köhlən atlar” çempionatda rəqib tanımır. Qonaqlar “Qarabağ”ın hücumları qarşısında cəmi 15 dəqiqə davam gətirə bildilər. Ramil Şeydayev özünə qarşı kobudluğa görə təyin olunan penaltini qola çevirdi. Yusif Nəbiyev 75-ci dəqiqədə hesabı bərabərləşdirməklə “yatmış şiri” oyatdı. Bundan cəmi 1 dəqiqə sonra Musa Qurbanlı yenidən “Qarabağ”ı önə çıxardı. Görüşdə son nöqtəni Ovusu Kvabena qoydu.
Bu yerdə onu da qeyd edək ki, Misli Premyer Liqasının bombardirləri Ramil Şeydayevlə Musa Qurbanlı hərəyə bir dəfə fərqlənməklə qollarının sayını 11-ə çatdırdı. Musa son dəqiqələrdə penaltidən daha bir dəfə fərqlənmək şansını əldən qaçırdı.
36 xallı “Qarabağ” rəqibləri üçün əlçatmazdır. 8 xalı olan “Kəpəz” elə 8-ci sırada yer alır.

Amal Abuşov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
21:16

KL: "Dinamo Minsk" hesabda önə keçir - YENİLƏNİR

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

Facebookdan bizi izləməyi unutmayın.
X