"Gəncə" klubu heyətini yeni basketbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, bölgə təmsilçisi Cənubi Azərbaycandan olan hücumçu Mehdi Şabanini rənglərinə bağlayıb.
201 sm boya malik basketbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Şabani çempionatın ilk yarısında "Sumqayıt"da çıxış edib.