Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv C qrupunda ilk olaraq İspaniya ilə qarşılaşıb.
Oyun təmsilçimizin 12:20 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Komanda bu gün, Bakı vaxtı ilə saat 19:15-də meydan sahibləri ilə üz-üzə gələcək.
Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.