Azərbaycan Basketbol Liqasının 5-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun son oyununda B qrupunda mübarizə aparan "Şəki" ilə "Lınkəran" üz-üzə gəlib.
"Şəki" autsayderi 89:64 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turun əvvəlki beş matçında "Quba" "Ordu"ya (101:75), "Sərhədçi" NTD-yə (84:79), "Abşeron" "Neftçi"yə (72:56), "Sabah" "Naxçıvan"a (75:74), "Sumqayıt" isə "Gəncə"yə (85:79) qalib gəlib.