
"Naxçıvan" basketbol klubu yeni transfer həyata keçirib.
Fanat.Az xəbər verir ki, Muxtar Respublika təmsilçisi amerikalı oyunçu Şanon Qrant ilə cari mövsümün sonunadək müqavilə bağlayıb.
Mərkəz mövqeyində çıxış edən 23 yaşlı oyunçu 211 sm boya malikdir.
Qeyd edək ki, o, bundan öncə Gürcüstan təmsilçisi "Delta"nın şərəfini qoruyub.