
Azərbaycan Basketbol Liqasının 3-cü turundan təxirə salınmış "Gəncə" - "Neftçi" oyununun nə vaxt keçiriləcəyi dəqiqləşib.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti yayıb.
Qarşılaşma dekabrın 6-da Gəncə İdman Sarayında keçiriləcək. Matçın start fiti 14:00-da səsləndiriləcək.