
Polşanın Varşava şəhərində FIBA 3x3 qadın basketbolu üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, Erika Karter, Aleksandra Mollenhauer, Brianna Freyzer, Dina Ulyanovadan ibarət Azərbaycan millisi bu gün növbəti sınağına çıxır.
A qrupunda yer alan yığma yarışın üçüncü günündə də iki oyun keçirəcək. Ratomir Deliçin baş məşqçisi olduğu təmsilçimiz əvvəlcə Çexiya, ardınca meydan sahibi Polşa ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan millisi yarışın ilk günündə keçirdiyi oyunlarda Madaqaskarı 21:13 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 13:19.
Dünya çempionatı
A qrupu
3 iyun
19:05. Azərbaycan – Çexiya
20:55. Polşa – Azərbaycan
Yarışa iyunun 7-də yekun vurulacaq.