
Polşanın Varşava şəhərində FIBA 3x3 qadın basketbolu üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, Erika Karter, Aleksandra Mollenhauer, Brianna Freyzer, Dina Ulyanovadan ibarət Azərbaycan millisi bu gün növbəti sınağına çıxacaq.
Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv yarımfinalda ABŞ ilə üz-üzə gələcək. Qarşılşama saat 19:30-da start götürəcək.
Xatırladaq ki, Dünya Kubokunda mübarizəyə A qrupunda başlayan Azərbaycan millisi Madaqaskar (21:13), Çexiya (14:11) və Polşanı (20:13) məğlub edib, Niderlanda isə uduzub (13:19). Daha sonra pley-in mərhələsində Litvanı (14:12) məğlub edən təmsilçimiz 1/4 finalda Almaniyadan (18:16) güclü plub.
Qeyd edək ki, yarışa bu gün - iyunun 7-də yekun vurulacaq.
Dünya çempionatı
Yarımfinal
7 iyun
19:30. Azərbaycan - ABŞ