
Bu gün Azərbaycanın həm kişi, həm də qadınlardan ibarət 3x3 basketbol milliləri Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa Kubokunun seçmə mərhələsində yarımfinal oyununa çıxacaqlar.
Fanat.Az xəbər verir ki, qadınlardan ibarət yığma Kosovo ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə 18:00-da başlayacaq.
Kişilərdən ibarət komanda isə Kiprlə üz-üzə gələcək. Bu matç saat 19:00-da start götürəcək.
Qeyd edək ki, kişilərdən ibarət kollektiv qrup mərhələsində Malta (18:16) və San Marinonu (21:20) məğlub edib, Albaniyaya isə uduzub (20:21). Qadınlardan ibarət yığma isə Kipr (16:10) və Maltanı (15:14) üstələyib.
Toğrul