
"Neftçi"nin 3x3 basketbol komandası Fransanın Marsel şəhərində təşkil olunan Dünya Qadın Seriyasında bu gün növbəti matçını keçirib.
Fanat.Az xəbər verir ki, komanda Uqanda yığması ilə üz-üzə gəlib.
Qarşılaşma "Neftçi"nin qələbəsi ilə başa çatıb - 18:15.
Yarımfinal oyunu bu gün saat 21:50-də keçiriləcək.
Qeyd edək ki, Bakı klubu ötən gün A qrupunda Macarıstan (19:18) və Slovakiya (21:14) millilərinə qalib gəlib.