18:13 11.07.2026 78

Azərbaycan Basketbol Liqasının 2026/2027 mövsümü bu tarixdə başlayacaq

Azərbaycan Basketbol Federasiyası (ABF) 2026/2027 mövsümü üzrə Azərbaycan Basketbol Liqasının (ABL) yarış formatını, iştirak şərtlərini və əsas normativ dəyişiklikləri açıqlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə ABF-nin mətbuat xidməti məlumat yayıb.

Yeni mövsümə 2026-cı il oktyabrın 3-də start veriləcək. 8 komanda 3 dövrədən ibarət müntəzəm çempionatda, ümumilikdə 21 tur ərzində mübarizə aparacaq. Müntəzəm mövsüm başa çatdıqdan sonra turnir cədvəlində ilk iki yeri tutan komandalar birbaşa yarımfinala vəsiqə qazanacaqlar. 3, 4, 5 və 6-cı yerləri tutan komandalar isə "Play-In" mərhələsində iştirak edəcəklər.

Yarımfinal və final mərhələləri maksimum beş oyundan ibarət seriya formatında keçiriləcək. Yarımfinal seriyasında ən tez üç qələbə qazanan komanda finala yüksələcək. Final seriyasında da ən tez üç qələbə qazanan komanda Azərbaycan Basketbol Liqasının çempionu elan olunacaq.

Müntəzəm mövsümü 7-ci və 8-ci pillələrdə başa vuran komandalar isə daha yüksək pillədə qərarlaşmış klubun meydanında keçiriləcək "Play-Out" oyununda qarşılaşacaqlar. Qalib komanda növbəti mövsüm üçün ABL-də iştirak hüququnu qoruyacaq.

2025/2026 mövsümünün yekununa əsasən, yeni mövsümdə "Sabah", "Landau Lions", "Gəncə", "Neftçi" İK, "Şəki", "Naxçıvan", "Ordu" və NTD klubları iştirak hüququ qazanıblar. Bu komandalardan hər hansı biri iştirak üçün tələb olunan sənədləri təqdim etmədiyi və ya ABL Əsasnaməsində (2026/2027) müəyyən edilmiş inzibati və idman tələblərinə cavab vermədiyi halda, ABF ötən mövsümü 9–12-ci yerlərdə başa vurmuş klublar arasında dəvət prosesinə başlayacaq.

Yeni mövsümdə də ABL oyunları əvvəlki mövsümdə olduğu kimi "4+1" qaydası ilə keçiriləcək. Hər bir komanda oyun ərzində meydanda eyni vaxtda ən azı 1 yerli basketbolçunun iştirakını təmin etməlidir. Bununla yanaşı, ABL-də iştirak edən hər bir klub mövsüm başlamazdan əvvəl ABF-də ən azı 5 yerli basketbolçunu qeydiyyatdan keçirməlidir.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2026
20:07

"Barselona"dan 100 milyonluq transfer əməliyyatı

19:46

"Mançester Siti" gələcəyin ulduzunu rənglərinə bağladı

19:19

"Mançester Yunayted" transfer siyahısını yenilədi

18:48

Əvəzedicilər Liqasının 2026/2027 mövsümünə avqustun 21-də start veriləcək

18:13

Azərbaycan Basketbol Liqasının 2026/2027 mövsümü bu tarixdə başlayacaq

17:51

Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında qızıl medal qazandı

17:00

UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?

16:18

"Trabzonspor"un legioneri İtaliya yolunda

15:36

Milli üzvü "Neftçi"dən ayrıldı

15:14

Dünya və Avropa çempionatlarında de la Fuente kimisi olmayıb - Rekord

14:42

Madrid nəhəngi yeni transferini rəsmən açıqladı

14:20

Harri Keyn özünü Holandla müqayisə etdi: "O, əsl canavardır"

13:59

"Fransa - İspaniya oyunu erkən finaldır" - Argentina millisinin baş məşqçisi

13:23

Seneqallı ulduz "Qalatasaray"ın "radarına düşdü"

12:45

Vinisius özünü 5 kluba təklif etdi - SON DURUM

12:07

"Belə oyunlarda ən kiçik səhvə də yer yoxdur" - Rudi Qarsiya

11:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:10

DÇ-2026: Son yarımfinalçılar müəyyənləşir

10:41

FİFA finalın keçiriləcəyi stadionun qazonunu satır - Rekord gəlir əldə ediləcək

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:38

"Real Madrid"in yetirməsi "Milan"a transfer olundu

09:00

"Fransa ilə matç iki böyük komandanın görüşü olacaq" - De la Fuente

02:06

İspaniya - Belçika matçının ən yaxşısı bilindi

01:48

DÇ-dan sonra dəhşət: "Onu öldürdülər, məni də öldürməsinlər"

00:59

DÇ-2026: İspaniya millisi yarımfinalda!

10 İyul 2026
23:33

"Qarabağ"da parladı, Bundesliqa təmsilçisi hərəkətə keçdi

22:48

Klaus bu tarixdə Bakıda olacaq, millilərə yeni təyinatlar reallaşacaq

22:14

Holannın inanılmaz rejimi - günlük 6000 kalori

21:32

"Neftçi" darmadağına sevindi

21:07

Portuqaliya millisinin yeni baş məşqçisi rəsmən açıqlandı

20:48

18 yaşındakı dünya ulduzunu belə əldən qaçırıblar

20:07

Azərbaycan millisinin üzvü yeni mövsümün hazırlıqlarına başladı - FOTO

19:46

Komandası heç-heçəyə razılaşdı, Toral isə...

19:20

"Qarabağ" "Partizan"ın müdafiəçisini gətirir

18:46

Samir Əliyev: "Qarabağ səfərdə də böyük əziyyət çəkmədən qələbə qazanacaq"

18:12

Tarixin ən parlaq startına sözardı

17:50

Braziliyalı qapıçı "Araz-Naxçıvan"da - RƏSMİ

17:32

"Maliyyənin az olması çətinliklər yaradır, amma..." - "Şimal" gələn ay başlayacaq

17:15

"Qarabağ"dan "Seltik"ə uzanan yol

16:56

Böyük məbləğdə borc toplantıda müzakirə olundu, Hüseynzadə getdi

Facebookdan bizi izləməyi unutmayın.
X