
“Gəncə” basketbol klubu heyətini daha bir yerli oyunçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, klub Tariyel Yusifzadə ilə qarşıdakı mövsümün sonuna qədər müqavilə imzalayıb.
Basketbolçu komandada 16 nömrəli forma ilə çıxış edəcək.
“Gəncə” Yusifzadə üçün yad klub deyil. O, 2023/2024 mövsümündə də “sarı-göy” formanı geyinib.

Hücumçu ötən mövsümü “Ordu” klubunda keçirib. O, eyni zamanda Azərbaycanın U-18 və U-20 millilərinin də şərəfini qoruyub.