
Azərbaycanın qadın basketbolçulardan ibarət milli komandasında baş məşqçi ayrılığı reallaşıb.
Fanat.Az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Evren Alkaya ilə yollar ayrılıb.
Türkiyəli mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verilib.
Evren Alkaya 2022-ci ildən əsas millidə çalışırdı. O, həmçinin, U-16, U-18 və U-20 yığmalarımıza da rəhbərlik edib. Ümumilikdə isə milliləri 70-dən çox rəsmi FIBA qarşılaşmasına çıxarıb.
Onun rəhbərliyi altında U-16 2023 və 2024-cü illərdə Avropa çempionatının C divizionunda ardıcıl iki dəfə çempion olub, U-18 millimiz isə 2024-cü ildə C divizionunda gümüş medal qazanıb.