
Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət basketbol millisi Türkiyənin Yalova şəhərində keçirilən "EVOQ Challenge Cup Pre Season Yalova" beynəlxalq turnirinə qatılıb.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Sentyabrın 8-dən 12-dək davam edəcək yarışda Azərbaycan yığması ilə yanaşı, Türkiyənin "Konya Diltaş Basketbol", "Eskişehir Çağdaş Koleji Spor Kulübü", Bolqarıstanın "Rilski Sportist", Gürcüstanın "Viktor Sanikidze Academy Basketball", Türkiyənin "Bakırköy Kartaltepe Spor Kulübü", "Fənərbağça" və "Eskişehir Gelişim Falcons" komandaları mübarizə aparırlar.
Qeyd edək ki, Yalovada keçirilən beynəlxalq turnirdə Azərbaycanın U-14 millisi də mübarizə aparıb. U-14 yığması bu gün turniri ikinci pillədə başa vurub. Hazırda isə yarışda mübarizəni Azərbaycanın U-16 milli komandası davam etdirir.