
3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının mövsüm finalında yarımfinala yüksəlib.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın 1/4 final mərhələsində Monqolustanın "Ulan-Bator Amazons" kollektivi ilə qarşılaşıb.
Rəqibini 21:18 hesabı ilə məğlub edən "ağ-qaralar" yarımfinala vəsiqə qazanıb.
Xatırladaq ki, "Neftçi SOCAR" ötən gün A qrupunda Fransa seçməsini 17:15, Almaniyanı 16:11 hesabı ilə yenib, Niderlanda isə uduzub - 12:22.
Toğrul