10:34 18.03.2020 2043

"Ender Poladxanlının məktəbi yoxdu, çevikliyinə, gücünə arxalanıb oynayır" - MÜSAHİBƏ

Basketbol millimizin sabiq çalışdırıcısı Elxan Əliyevin Fanat.Az-a müsahibəsi. 

- Uzun müddətdi basketboldan kənardasız. Bu, sizin üçün çətin deyil?
- 5 ildir uzaqlaşmışam. Çox çətindi...

- Hazırda nə işlə məşğulsuz?
- Mən dörd ilə yaxındı ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) 10, 11, 12 yaşlı yeniyetmələrlə çalışıram. Basketbolumuzun gələcəyi üçün bu uşaqlar arasında istedadlı idmançılar axtarıram.

- Federasiyanın bu mövsüm təşkil etdiyi çempionatdakı rəqabət bir mütəxəssis kimi sizi qane edir?
- Mən baş məşqçi postundan ayrılandan sonra oyunları izləmirəm. Doğrusu, bu barədə danışmaq mənə çox çətindi. 60 il basketbolda olan adam birdən-birə kənarda, gözdən uzaqda qaldı. Buna görə danışmaq istəmirəm. 30 il baş məşqçi kimi fəaliyyət göstərən, sonra lazım olmayan insan kənarda durmalıdı ki, kiməsə zərər gəlməsin. 

- Üstündən bu qədər vaxt keçib. Bəlkə, indi deyəsiz, baş məşqçi postundan özünüz ayrıldız, yoxsa, uzaqlaşdırdılar?
- Özüm uzaqlaşdım. 

- Yaxşı, bu sualı sonraya saxlayaq. Sizcə, hansı komanda çempion olacaq?
- Düzü, bilmirəm hansı komanda çempion olacaq. Bəzən köməkçim Anton, bəzən də vaxtı ilə mənlə bir yerdə işləyən və oynayanlarla bu barədə danışırıq. Bilmirəm necə olacaq, amma birincilikdə gördüyüm "Zirvə”di. 

- Azərbaycan basketbolunda kimləri daha çox fərqləndirirsiz?
- Mən düşünürəm ki, yaxşı basketbolçular öz içimizdən çıxmalıdı. Ən önəmlisi isə Fuad, Tahir, Anar Sarıyev, Mehran kimi idmançılar öndə olmalıdı. Bu insanlar Azərbaycan basketboluna çox əmək sərf edib. 

- Hazırda ən böyük perspektiv vəd edən basketbolçu Endər Poladxanlı sayılır. Sizcə onun potensialı Avropanın nüfuzlu çempionatlarında oynamağa imkan verir?
- Yox, Endər Poladxanlının məktəbi yoxdu. O, tək çevikliyinə və fiziki gücünə arxalanıb oynayır. Endər vaxtı ilə digər idmançılardan güclü idi. Amma o, oyunlarda heç vaxt pas verməyi, "alley-up” etməyi, kimisə tutmağı və ya tutmamağı düşünməyib. Ender birbaşa hamını əzib keçirdi. Bu basketbolçu vaxtı ilə texnikasını inkişaf etdirmək istəyirdi, amma elə də qaldı, inkişaf etdirmədi.

- Yığma artıq neçə ildi ki, formalaşdırılmır. Bunun səbəbini nədə görürsüz? 
- Bağışlayın, mən bu suala cavab verməyəcəm. Bu barədə nə desəm, doğru səslənməyəcək. Ona görə ki, indi milli komandanın baş məşqçisi var, neçə illərdi orda işləyir. Mən həmişə başqa yolla getməyin tərəfdarı olmuşam. Bunlar isə başqa yolla gedirlər. Vaxtı ilə milli komandanı yaratdım, İsveçrə, Bolqarıstan, Rumıniya, Maltanı yendik. Bu günə kimi o komanda qala bilərdi və orda oynayanlar hələ də oynaya bilərdilər. Çox xahiş edirəm, mənə belə bir sual ünvanlamayın. Hər bir ölkənin milli komandası olmalıdı. Dünyada elə bir ölkə yoxdu ki, 5-6 il milli komandası oynamasın. C, B... - qrupların elə də fərqi yoxdu. Milli komanda olmalıdı və quruplarda oynamalıdı. Milli birdən-birə yaranmır. Əzilə-əzilə, doğru yol tapana qədər işləmək lazımdı. Gənclərlə işləmək çox önəmlidi. Federasiya milli komandanı Avropa yarışlarına çıxarmalıdı. 

- Milli yenidən yaradılsa və sizə təklif olunsa, basketbola qayıdarsız?
- Kiməsə kömək edə bilərəm. Tahir, Anar kimi adamlara dəstək lazımdı. Bu basketbolçular Avropada, İslam oyunlarında oynayıblar. Bu adamlara kömək etmək lazımdı ki, komanda yığsınlar. Kim baş məşqçi olacaq və ya olmayacaq, bu, önəmli deyil. Bu adamlar birlikdə işləməlidi. 

- Amil Həmzəyev oyun alqı-satqısına görə göz altına alınıb. Buna münasibətinizi bilmək istərdik...
- Mən basketbol adına çox üzüldüm ki, belə bir adam həbs olunub. Belə olmamalı idi. 

- Elə basketbolçu varmı ki, potensialı olduğu halda baxımsızlıqdan, diqqətsizlikdən, belə desək, papaq altındadı?
- Mən 5 ildi Azərbaycan basketbolunu dərindən izləmirəm. Kimin gələcəyinin necə olacağı haqda dəqiq nəsə deyə bilmərəm. Bu barədə danışmağım doğru olmaz. 

- Hərdən elə olurmu ki, yenidən basketbola qayıtmaq istəyirsiz?
- Mən bilirəm ki, siz indi deyəcəklərimi yazacaqsız... Təsəvvür edin, hər gün səhər saat 5-də yuxudan oyanıram. Yoldaşım mənə deyir ki, sən dəlisən? Mən vaxtı ilə 8 il Türkiyədə məşqçi işləmişəm. O vaxt Azərbaycandan dəvət gələndə evimi, işimi, həyat yoldaşımın rahatlığını buraxıb gəldim bura. İstədim ki, öz vətənimə xidmət edəm. 

- Hazırda Azərbaycanın basketbol millisi yoxdu. Sizcə niyə?
- İndi belə bir komanda düzəltmək istəyirlər. Necə düzəldəcəklərini bilmirəm. Bir dəfə və ya iki dəfə uğur qazanmadılarsa, oturub danışmalıydılar. Biz nəyə görə uğur qazana bilmirik? Lap əvvəldən düzgün iş aparılmadı. Mən məşqçi postundan ayrılan kimi, mənim düzəltdiyim komanda dağıldı. 

- Siz baş məşqçi postundan niyə getdiz?
- Mən getmədim, məni göndərdilər. Səkkizin yarısı işə gələn adam idim, elə olurdu zalda yatırdım.

- Bəs sizi niyə çıxartdılar işdən? 
- Mən bu barədə danışsam, tərs danışacam.

- Azərbaycan Basketbol Federasiyasının Prezidenti Nadir Nəsibovun işindən razısız?
- Nadir Nəsibovun işindən razıyam. Mənim iradım budu ki, Nadir Nəsibovun yanında basketbolu bilən adamlar işləməlidi. Siz düşünürsüz ki, Nadir müəllim özü edir bu səhvləri? Xeyr, o etmir. Ona bunu deyənlərdi səhv edənlər, yuxarılarda işləyənlərdi...

- Ötən il 20 yaşadək basketbolçulardan ibarət millinin baş məşqçisi Tahir Baxşıyev federasiyada işlərin qaydasında getməməsini əsas gətirərək istefa vermişdi. Onun istehfa verməsinin səbəbi nə idi? 
- Belə nəticəyə gəldim ki, 20 yaş qrupunda milli komanda yoxdu. Yığma yoxdursa, baş məşqçi də olmayacaq, təbii ki. Milli komandanın olmaması tamamilə başqa məsələdi.

- Milli komanda niyə yoxdu, Elxan müəllim?
- Məni basketbola düşmən etməyin. Mən işdən azad olunandan sonra ölkə prezidentinin dəstəyini gördüm, təqaüd verildi mənə. Bir də daha çox dəstək olan Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimov oldu. Bunu xüsusi ilə qeyd edim. Oynamaqdan qorxmaq lazım deyil. Milli komanda oynamalıdı, yarışlarda iştirak etməlidi. Biz hələ o qədər də pis gündə deyilik.

Elçin Aslangil
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Kəpəz" moldovalı yarımmüdafiəçini heyətinə qatdı

17:13

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

17:07

"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verdi

16:48

Azərbaycanda yeni komanda yaradıldı

16:30

"Onlar da çempionluğa oynayacaqlar, amma..." - Vüqar Həsənov azarkeşlərə səsləndi

16:12

"Boluspor" azərbaycanlı futbolçunu transfer etdi

15:54

"Karvan-Yevlax" Elvin Yunuszadə ilə bağlı qərarını verdi

15:36

Ötən mövsümü Albaniyada keçirən azərbaycanlı qapıçının yeni iş yeri bilindi

15:18

Qurban Qurbanov jurnalistlərlə görüşəcək

15:01

Nəriman Axundzadənin "Ərzurumspor"da keçidi necə baş tutub? - Meneceri detalları açıqladı

14:42

"Mingəçevir"in taleyinə bu gün aydınlıq gələcək

14:24

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə oyunda neçə azarkeş dəstəkləyəcək?

14:24

Aslan Kərimov: "Qarabağ"la müqayisədə "Sabah"ın oyunu daha çətin keçəcək"

14:06

"Baku Sportinq" sponsorsuz oynayacaq

13:48

MOİK "bayquşlar"a qarşı

13:30

"Kağız üzərində favorit "Qarabağ"dır" - Aslan Kərimov

13:05

"İmişli" Ronaldo ilə yollarını ayırdı

12:46

"Liverpul" PSJ ilə danışıqlara başladı - Barkola "hə" dedi, fransızlar məbləği qaldırdı

12:27

Endrik yenə "Real Madrid"dən ayrılır?

Facebookdan bizi izləməyi unutmayın.
X