Daşkənddə (Özbəkistan) boks üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, mundialın doqquzuncu günündə Azərbaycan millisinin üç təmsilçisi rinqə çıxacaq.
1/8 final
51 kq. Məsud Yusifzadə - Patrik Çinemba (Zambiya)
54 kq. Nicat Hüseynov - Finol Sequndo (Venesuela)
67 kq. Nəbi İsgəndərov - Tarxan İdiqov (Rusiya)
Qeyd edək ki, dünya çempionatında həmçinin Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) çıxışlarını davam etdirirlər. Onların növbəti dueli sabah baş tutacaq.