17:45 15.05.2023 613

"Ədalətsizlik olmasaydı, medalların sayı daha çox olardı" - Müşavir

Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatında iştirak edən Azərbaycan milli komandası Vətənə qayıdıb.

Fanat.Az xəbər verir ki, nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Boks Federasiyasının kollektivi, Gənclər və İdman Nazirliyinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Azərbaycan Boks Federasiyasının (ABF) prezidentinin müşaviri Samir Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, 107 ölkənin iştirakı ilə keçirilən dünya çempionatından 2 medalla qayıtmaq sevindirici haldır:

 “Hakimlərin ədalətsizliyi olmasaydı, mükafatların sayı daha çox, əyarı da yüksək olardı. İdmançılarımız güclərini göstərdilər, inamlı qələbələr qazandılar. Hesab edirik ki, bundan sonra da davamı gələcək. Qarşıda bizi Polşada keçiriləcək Avropa Oyunları gözləyir. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq baxımından çox əhəmiyyətli yarışdır. Fikrimcə, dünya çempionatında həm boksçuların, həm də məşqçilərin zəhməti boşa getmədi. Əlbəttə, idmançılarımızın döyüşlərini, güclü və zəif cəhətlərini bir-bir təhlil edəcəyik. Avropa Oyunlarına da tam heyətlə yollanacağıq. Burada kişi boksçularımızla yanaşı, qadınlardan ibarət millimiz də iştirak edəcək. Olimpiadaya lisenziyalar qazanmaq üçün böyük şanslarımız olacaq”.

Milli komandanın böyük məşqçisi Nəriman Abdullayevin sözlərinə görə, mundialda bəzi ölkələrin idmançıları çıxış etməsə də, çox çətin yarış keçib: “Güclü boksçular mübarizə aparırdılar. Özbəkistan, Qazaxıstan və Kuba komandaları çox yaxşı çıxış etdilər. Əgər digər ölkələr olsaydı belə bu yığmalar yenə sözünü deyəcəkdi. Millimizə gəlincə, bir neçə döyüşdə problemlə üzləşdik, hakimlərin səhvi oldu. Qızıl medal qazana bilmədik. Şanslarımız böyük idi. Hakimlər arasında o qədər dəyişikliklər olur, yeniliklər edilir ki… Bəzi döyüşlərdə üstünlük olurdu, lakin əlavə referilər nəticəni dəyişə bilirdilər. Məsələn, bu hal Nicat Hüseynovun görüşündə yaşandı. Hesab boksçumuzun xeyrinə idi, lakin əlavə hakimlər üstünlüyü rəqibə verdilər. Qarşıda bizi Avropa Oyunları gözləyir. Vaxt da çox az qalıb. Ümid edirəm ki, Avropa Oyunlarında komandamız daha uğurlu çıxış edəcək”.

Dünya çempionatında bürünc medal qazanan Məhəmməd Abdullayev (+92 kq) isə bildirib ki, növbəti mundailda əsas hədəf “qızıl” olacaq: “Döyüşlərim yaxşı keçdi. Zəif rəqib yox idi. Ardıcıl olaraq, Meksika, Əlcəzair və Gürcüstan boksçularına qalib gələrək, yarımfinala yüksəldim. Yarımfinalda kubalı idmançı ilə üz-üzə gəldim. Finala çıxa bilmədim, 3-cü yerlə kifayətləndim. Növbəti dünya çempionatlarında “bürünc”ü “qızıl”a çevirməyə çalışacam. Qarşıdakı hədəf isə Avropa Oyunlarında finala vəsiqə qazanmaqdır. Çünki çəkimdə Olimpiadaya ancaq həlledici döyüşün iştirakçıları lisenziya əldə edəcək. Paris-2024-ə yollanmaq və orada ən yüksək nəticəni göstərmək istəyirəm”.

Qeyd edək ki, 538 boksçunun iştirakı ilə keçirilən dünya çempionatında milli üzvü Alfonso Dominqes (86 kq) gümüş, Məhəmməd Abdullayev (+92 kq) bürünc medal qazanıb. Yığma 107 ölkə arasında 7-ci yerə şərik olub.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
13:32

"Neftçi" Varqasın transferi üçün "Makkabi"yə nə qədər ödəyib? - Bəlli oldu

13:14

"Turan Tovuz" Türkiyədə son sınağına çıxır

12:55

“APL Fantasy”-də neçə komanda qeydiyyatdan keçib? - Açıqlama

12:36

"Real Madrid"in qapıçısı "Sevilya" ilə anlaşdı

12:18

Ehtiram Quliyev Əziz Yıldırımla görüşdü - "Turan Tovuz" - "Fənərbağça" matçı müzakirə olundu

12:00

"Yuventus" PSJ-nin ulduzunu rənglərinə bağladı - Bu məbləğə

11:41

"Milan" "Fənərbağça"nın bu təklifini rədd etdi

11:22

Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

13:16

Dünya Seriyası: "Neftçi SOCAR" mübarizəni 1/4-də dayandırdı

12:50

"Qalatasaray" yeni yarımmüdafiəçi ilə anlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X