17:13 19.05.2023 838

İkiqat dünya mükafatçımız peşəkar boksa keçəcək - MÜSAHİBƏ

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən boks üzrə dünya çempionatının bürünc mükafatçısı Məhəmməd Abdullayevin (+92 kq) Fanat.Az-a müsahibəsi

- Məhəmməd, ölkə boks tarixində Teymur Məmmədovdan sonra iki dünya çempionatında medal qazanan ikinci Azərbaycan əsilli dəri əlcək ustası oldun. Yarış barədə fikirlərini öyrənək.

- Dünya çempionatı adından da göründüyü kimi, kifayət qədər ciddi yarışdır. Mən finala çıxacağımı gözləyirdim. Təəssüf ki, hakimlər haqsızlıq etdilər. 

- Kuba boksçusu ilə yarımfinal döyüşünün nəticəsi çox mübahisə doğurdu. Həvəskar boksda belə hallar çox müşahidə olunur. Bu, səni həvəsdən salmır ki?

- Həmin kubalını mən iki ay əvvəl Qazaxıstandakı beynəlxalq turnirdə məğlub etmişdim. Bu dəfə də xüsusilə üçüncü raundda onu əməlli-başlı döydüm. Hətta noqdauna da saldım. Amma götürüb o raundda da onun üstün olduğunu elan etdilər. Nə deyim, olan budur daha.

- Finala çıxsan, Olimpiadanın 1/4 finalında uduzduğun özbək Bahadur Cəlalovla qarşılaşacaqdın. Revanş mümkün idi?

- Mən döyüşdən döyüşə artırırdım. İnanırdım ki, finala çıxsam, son nöqtəni də qoya biləcəkdim. 

- Ümumilikdə yığmanın nəticəsi barədə nə demək olar?

- Dediyim kimi, bu, dünya çempionatıdır. Hər kəs qələbə qazanmaq üçün əlindən gələnin ən yaxşısını edir. Bizim boksçular da çox çalışdılar. Bəziləri hakimlərin haqsızlığı ilə üzləşdi. Yoxsa medalımız daha çox ola bilərdi.

- Qarşıdan Avropa Oyunları gəlir. Orada səndən nə gözləyək?

- Avropa Oyunları Olimpiadaya lisenziya verəcək. Bizim çəkidə finalçılar vəsiqə qazanacaq. Minimum vəzifə lisenziyadır.

- Boksda ikiqat dünya mükafatçısı olmaq kifayət qədər ciddi nailiyyətdir. Lakin səni çox da tanımırlar. Özün üzdə olmağı sevmirsən, ya necə?

- Sözün düzü, efirlərə çıxmağı sevmirəm. İndi sizlə rahat danışmağıma baxmayın, efirdə belə danışa bilmərəm. Həm mən istəyirəm ki, əsas nəticələrimlə tanınım. Bokssevərlər, idman ictimaiyyəti tanıyır, bəsdir.

- Peşəkar boksla bağlı planların var?

- Var. Paris-2024-dən sonra düşünürəm bu barədə. Orada medala layiq yer tutsam, yavaş-yavaş professional karyera qurmağa çalışacağam.

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
13:32

"Neftçi" Varqasın transferi üçün "Makkabi"yə nə qədər ödəyib? - Bəlli oldu

13:14

"Turan Tovuz" Türkiyədə son sınağına çıxır

12:55

“APL Fantasy”-də neçə komanda qeydiyyatdan keçib? - Açıqlama

12:36

"Real Madrid"in qapıçısı "Sevilya" ilə anlaşdı

12:18

Ehtiram Quliyev Əziz Yıldırımla görüşdü - "Turan Tovuz" - "Fənərbağça" matçı müzakirə olundu

12:00

"Yuventus" PSJ-nin ulduzunu rənglərinə bağladı - Bu məbləğə

11:41

"Milan" "Fənərbağça"nın bu təklifini rədd etdi

11:22

Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

13:16

Dünya Seriyası: "Neftçi SOCAR" mübarizəni 1/4-də dayandırdı

12:50

"Qalatasaray" yeni yarımmüdafiəçi ilə anlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X