Azərbaycanın qadın boksçusu Şəhla Allahverdiyeva Polşada təşkil olunan 3-cü Avropa Oyunlarında mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Belçika təmsilçisi Oşin Deriyuvla üz-üzə gəlib.
Allahverdiyeva rəqibinə 0:5 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.