Azərbaycan millisi Rusiyanın Çita şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnirdə 2 medal qazanıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Elbrus Rzayevin rəhbərlik etdiyi komandada Məhəmmədəli Qasımzadə gümüş, Tağı Nəsibov (hər ikisi 60 kq) bürünc mükafat qazanıb.
Qasımzadə, həmçinin turnirin ən əzmkar boksçusu seçilib.
Turnirdə 16 ölkədən 120 boksçu mübarizə aparıb.