İki çəki dərəcəsində sabiq UFC çempionu Henri Sexudo yüngül çəkidə dünya çempionunu - Rayan Qarsiyanı döyüşə çağırıb.
Fanat.Az TMZ-yə istinadən xəbər verir ki, Ceksonvilldə (ABŞ, Florida ştatı) keçirilən UFC 249 turnirində son qələbəsini qazanandan sonra karyerasını bitirdiyini açıqlayan Meksika əsilli Sexudo belə deyib:
"Qarsiyanın yaxşı döyüşçü olduğunu düşünmürəm. Onun diz çökdürə biləcəyimə əminəm. Hiss edirəm ki, buna həm təcrübəm, həm də gücüm çatar. İkimizə də bu döyüş üçün pul vermək istəyən var. Sadəcə Qarsiya müqavilə imzalamalıdı”.
33 yaşlı Henri qıcıqlandırıcı çağırış etməyi də unutmayıb:
"Qarsiya, səndən zəhləm gedir! Qarşıma çıxmağa cəsarətin çatsa, səni diz çökdürərəm. Mənə 100 zərbə vura bilərsən. Amma mənim bir dəqiq zərbəm həlledici olacaq! Müqavilə imzala!”
Fanat.Az