Yenilməz amerikalı boksçu Floyd Meyvezer 2 çəkidə sabiq UFC çempionu Konor Makreqorun növbəti dəfə karyerasını bitirməsini şərh edib.
Fanat.Az xəbər verir ki, o, "Instagram”da irlandiyalı idmançını revanş döyüşünə çağırıb:
"Səhv etmirəmsə, Mayk Taysona məni ikinci görüşdə əzişdirəcəyini demisən. Mənə elə gəlirdi ki, tarixin ən yaxşısını məğlub etmək istəyinə düşmüsən. Amma indi karyeranı bitirirsən. Döyüşməyə hazırsansa, səni növbəti dəfə cəzalandırmağa hazıram”.
Qeyd edək ki, Meyvezer 2017-ci ilin avqustunda Makqreqora nokautla qalib gəlib. Bu Konorun peşəkar boksda uğursuz debütü kimi tarixə düşüb.
Fanat.Az