"Olimpiadada uğurlu nəticə əldə etmək üçün çox çalışmışam. Məqsədim qızıl medaldır".
Fanat.Az xəbər verir ki, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinala vəsiqə qazanaraq ən azı bürünc medalı təmin edən boksçumuz Alfonso Dominqes (81 kq) deyib.
26 yaşlı dəri əlcək ustası "bürünc"lə kifayətlənmək niyyətində olmadığını bildirib: "Çox sevinirəm ki, artıq 2 medalımız var. Onlardan birini də mən qazanmışam. Olimpiadada uğurlu nəticə əldə etmək üçün çox çalışmışam. Məqsədim qızıl medaldır. Rəqibim Olimpiya çempionu olsa da, onunla döyüşdə qələbə uğrunda mübarizə aparacağam. Azərbaycanı çox sevirəm. Ölkəyə Olimpiya Oyunlarının qızıl medalını qazandırmaq istəyirəm".
Qeyd edək ki, boksçumuz finala vəsiqə uğrunda Kuba təmsilçisi Arlen Lopeslə üz-üzə gələcək. Qarşılaşma avqustun 1-də baş tutacaq.
Sahib Əsədbəyli