“84 yaşımın olmağına baxmayaraq, özümü gümrah hiss edirəm və koronavirus əleyhinə peyvənd olunmamışam”.
Bu barədə Fanat.Az-a sabiq millət vəkili, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev bildirib.
A.Abıyev peyvənd olunmamasının səbəbini belə açıqlayıb: “Yaşımın çox olmasına baxmayaraq, özümü gümrah hiss edirəm. Özümə evdə qaçış aparatı almışam. Hər gün onun üzərində 4 kilometr məsafə qaçıram. Həmçinin üzgüçülük insan üçün fiziki yükləmənin ən yaxşı növüdür. Əks göstəriciləri olmadığına görə üzgüçülüklə hər kəs məşğul ola bilər. Onun üçün hər gün hovuzda üzürəm. Bu gümrahlığımın da səbəbi də məhz budur”.
Ağacan Abıyev COVİD-19-a qarşı peyvənddən nə vaxt istifadə edəcəyi vaxtı da deyib: “Mən peyvəndin insan sağlamlığı üçün vacib olduğunu anlayıram. Amma yuxarıda qeyd etdiyim kimi, idmanla məşğul olduğum üçün bunu özümə ehtiyac görmürəm. Əgər görsəm ki, halım pisləşir və narahatlığım artır, dərhal peyvənd olunacam”.