Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışın 4-cü günündə Azərbaycan millisinin daha üç üzvü rinqə çıxıb.
54 kiloqram çəki dərəcəsindəki təmsilçimiz Kamil Babayev italiyalı Krobeddu Fabionu 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, növbəti qarşılaşmasında belaruslu Vladislav Smalovski ilə üz-üzə gələcək.
Zaur Qəhrəmanov (60 kq) Slavador Floresə (İspaniya), Qulu Quliyev (63,5 kq) Andrey Mustetə (Rumıniya) uduzaraq yarışla vidalaşıblar.
Qeyd edək ki, oktyabrın 20-də baş tutacaq 1/4 final mərhələsi çərçivəsində yığmamızın 5 boksçusu rinqə çıxacaq.