Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatında yarımfinal döyüşlərinə start verilib.
Fanat.Az xəbər verir ki, finala vəsiqə uğrunda Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
Boksçularımızdan Nicat Hüseynov (51 kq) üçüncü sınağında rusiyalı Ruslan Pirovla üz-üzə gəlib. Gərgin keçən qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb.
Digər təmsilçimiz Kamil Babayev (54 kq) də həlledici mərhələyə yüksələ bilməyib. Gürcüstanlı Giorgi Sajayaya uduzan idmançımız üçüncü yerlə kifayətlənib.
Beləliklə, Azərbaycan boksçularının Avropa çempionatından qazancı iki bürünc medal olub.
Qeyd edək ki, yığmamız yarışda 9 nəfərlik heyətlə iştirak edib.