23:14 31.10.2021 1997

DÇ: Azərbaycanın üç boksçusu 1/4 finala yüksəldi, biri uduzdu

Azərbaycan boksçusu Sərxan Əliyev dünya çempionatında 1/8 final döyüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, yığmamızın 71 kq çəki dərəcəsindəki üzvü yaponiyalı Yuta Akiyama ilə qarşılaşıb.

Rəqibinə 5:0 hesabı ilə qalib gələn Sərxan Əliyev qardaşı Tayfur Əliyevdən fərqli olaraq 1/4 finala yüksəlib. 

Onun növbəti mərhələdəki rəqibi ABŞ təmsilçisi Obed Barti olacaq. Qarşılaşma noyabrın 2-də keçiriləcək.

Beləliklə, bu gün rinqə çıxan Azərbaycanın 4 boksçusundan 3-ü 1/8 final səddini aşmağı bacarıb. Sabah - noyabrın 1-də daha 2 təmsilçimiz 1/4 finala vəsiqə uğrunda döyüşə çıxacaq. Məsud Yusifzadə (51 kq) puerto-rikolu Yankiel Rivera ilə, Mirşərif Kazımzadə (75 kq) özbəkistanlı Səidcəmşid Cəfərovla qarşılaşacaq.

*** 22:06

Boksçumuz Tayfur Əliyev dünya çempionatında 1/8 final görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan 24 yaşlı idmançımız Finlandiya təmsilçisi Arslan Xatayevlə qarşılaşıb. 

Rəqibinə uduzan Əliyev mundialda çıxışını başa vurub.

*** 20:00

Azərbaycanın daha bir boksçusu dünya çempionatında 1/8 final döyüşünü keçirib.

Fanat.Az xəbər verir ki, millimizin +92 kiloqram çəki dərəcəsindəki üzvü Məhəmməd Abdullayev serbiyalı Vladan Babiçlə yumruqlarının gücünü yoxlayıb.

Rəqibini 5:0 hesabı ilə üstələyən dəri əlcək ustamız 1/4 finala vəsiqə qazanıb. 

O, yarımfinala yüksəlmək üçün hindistanlı Narender Bervalla münasibətləri aydınlaşdıracaq. Görüş noyabrın 2-də keçiriləcək.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 2 boksçusu - Tayfur Əliyev (60 kq) və Sərxan Əliyev (71 kq) 1/4 finala yüksəlmək uğrunda mübarizə aparacaq.

*** 18:58

Boksçumuz Alfonso Dominges dünya çempionatında 1/8 final görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 86 kq-da mübarizə aparan Kuba əsilli idmançı rumıniyalı Pol-Andrey Aradoae ilə qarşılaşıb.

Rəqibinə 5:0 hesabı ilə qalib gələn Dominges növbəti mərhələyə yüksəlib.

O, 1/4 finalda rusiyalı Şarapuddin Atayevlə üz-üzə gələcək. Qarşılaşma noyabrın 2-də baş tutacaq.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 3 boksçusu - Tayfur Əliyev (60 kq), Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev (+92 kq) 1/4 finala vəsiqə uğrunda mübarizə aparacaq.

***

Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir

Fanat.Az xəbər verir ki, mundialın 7-ci günündə Azərbaycanın dörd boksçusu rinqə çıxacaq. Onların hamısının döyüşü 1/8 final mərhələsi çərçivəsində baş tutacaq.

Bunadək iki görüşü qalib başa vuran Tayfur Əliyev (60 kq) yoluna davam etmək üçün Finlandiya təmsilçisi Arslan Xatayevin müqavimətini qırmağa çalışacaq.

Yarışa 1/16 finaldan start verən və bu mərhələdə Şotlandiya boksçusunu mübarizədən kənarlaşdıran 71 kq-dakı milli üzvü Sərxan Əliyev yaponiyalı Yuta Akiyama ilə yumruqlarının gücünü yoxlayacaq. 

Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Alfonso Dominqes də ikinci döyüşünə çıxacaq. 86 kq-da çıxış edən 26 yaşlı Kuba əsilli idmançı Pol-Andrey Aradoae (Rumıniya) ilə münasibətləri aydınlaşdıracaq.

Startda litvalı Yonas Yazeviçiusu üstələyən 92 kiloqramdan ağır çəki dərəcəsindəki təmsilçimiz Məhəmməd Abdullayev isə serbiyalı Vladan Babiçlə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan yığması mundiala 9 boksçu ilə qatılıb. Qarşıdakı günlərdə daha iki dəri əlcək ustamız - Məsud Yusifzadə (51 kq) və Mirşərif Kazımzadə (75 kq) 1/8 final görüşlərini keçirəcək.
Malik Həsənov (63,5 kq) ikinci, Ümid Rüstəmov (57 kq) ilə Rauf Rəhimov (92 kq) isə ilk döyüşdə məğlub olaraq yarışla vidalaşıblar.

105 ölkədən 650 boksçunun iştirak etdiyi dünya çempionatına noyabrın 6-da yekun vurulacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
12:36

"Real Madrid"in qapıçısı "Sevilya" ilə anlaşdı

12:18

Ehtiram Quliyev Əziz Yıldırımla görüşdü - "Turan Tovuz" - "Fənərbağça" matçı müzakirə olundu

12:00

"Yuventus" PSJ-nin ulduzunu rənglərinə bağladı - Bu məbləğə

11:41

"Milan" "Fənərbağça"nın bu təklifini rədd etdi

11:22

Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

13:16

Dünya Seriyası: "Neftçi SOCAR" mübarizəni 1/4-də dayandırdı

12:50

"Qalatasaray" yeni yarımmüdafiəçi ilə anlaşdı

11:43

Azərbaycan millisi Niderlandla qarşılaşır

11:17

"Real Madrid" "Fiorentina" ilə bacarmadı

10:40

PSJ yapon ulduzu "Yuventus"un əlindən aldı

Facebookdan bizi izləməyi unutmayın.
X