23:09 02.11.2021 1927

Dünya çempionatı: Azərbaycanın üç boksçusu medalı təmin etdi

Azərbaycanın daha bir boksçusu dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

Fanat.Az xəbər verir ki, millimizin 71 kiloqram çəki dərəcəsindəki üzvü Sərxan Əliyev 1/4 finalda ABŞ təmsilçisi Obed Barti ilə qarşılaşıb və rəqibinə 4:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Bununla Əliyev komanda yoldaşları Loren Alfonso Dominges (86 kq) və Məhəmməd Abdullayevin (+92 kq) ardından ən azı bürünc medalı təmin edib. 

O, finala vəsiqə uğrunda ukraynalı Yuri Zaxariyeyev ilə üz-üzə gələcək.

1/4 finaladak irəliləyən digər boksçumuz Məsud Yusifzadə isə tailandlı rəqibinə uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları noyabrın 4-də keçiriləcək.

*** 19:14

Daha bir boksçumuz dünya çempionatında 1/4 final döyüşünü keçirib.

Fanat.Az xəbər verir ki, millimizin 92 kiloqramdan ağır çəki dərəcəsindəki üzvü Məhəmməd Abdullayev bu mərhələdə hindistanlı Narenderlə qarşılaşıb.

Duel 22 yaşlı təmsilçimizin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, idmançımız yarımfinala adlayıb və komanda yoldaşı Loren Alfonso Domingesin ardından ən azı bürünc medalı təmin edib. 

O, finala vəsiqə uğrunda ermənistanlı Davit Çaloyanla qarşılaşacaq. Döyüş noyabrın 4-də baş tutacaq.

Qeyd edək ki, bu gün Azərbaycan millisinin daha 2 üzvü 1/4 final görüşünə çıxacaq. Məsud Yusifzadə (51 kq) tailandlı Tanarat Saenqfetlə, Sərxan Əliyev (71 kq) ABŞ təmsilçisi Obed Barti ilə (ABŞ) münasibətinə aydınlıq gətirəcək.

*** 19:01

Azərbaycan boksçusu Loren Alfonso Dominges dünya çempionatında 1/4 final döyüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan Kuba əsilli idmançı Rusiya Boks Federasiyasının nümayəndəsi Şaraputdin Atayevlə üz-üzə gəlib. 

Qarşılaşmadan qalib ayrılan Dominges yarımfinala yüksəlib və özü üçün ən azı bürünc medalı təmin edib. 

Tokio 2020-nin bürünc mükafatçısı növbəti döyüşünü noyabrın 4-də keçirəcək.

Qeyd edək ki, bu gün Azərbaycan millisinin daha 3 üzvü 1/4 final görüşünə çıxacaq. Məsud Yusifzadə (51 kq) tailandlı Tanarat Saenqfetlə, Sərxan Əliyev (71 kq) Obed Barti ilə (ABŞ), Məhəmməd Abdullayev isə (+92 kq) Narenderlə (Hindistan) münasibətinə aydınlıq gətirəcək.

***

Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, mundialın doqquzuncu günündə 1/4 final qarşılaşmaları keçiriləcək.

Azərbaycan millisinin 4 üzvü də bu mərhələdə mübarizə aparacaq.

Məsud Yusifzadə (51 kq) tailandlı Tanarat Saenqfetlə, Sərxan Əliyev (71 kq) ABŞ təmsilçisi Obed Barti ilə, Alfonso Dominges (86 kq) Rusiya Boks Federasiyasının (RBF) nümayəndəsi Şaraputdin Atayevlə, Məhəmməd Abdullayev (+92 kq) isə hindistanlı Narenderlə üz-üzə gələcək.

Yarımfinala yüksələn boksçular ən azı bürünc medalı özləri üçün təmin edəcəklər.

Qeyd edək ki, dünya çempionatına noyabrın 6-da yekun vurulacaq. 
Mundialın mükafat fondu 2,6 milyon ABŞ dollarıdır. Çempion 100 min, ikinci yerin sahibi 50 min, bürünc medalçılar isə 25 min dollar mükafat qazanacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
12:36

"Real Madrid"in qapıçısı "Sevilya" ilə anlaşdı

12:18

Ehtiram Quliyev Əziz Yıldırımla görüşdü - "Turan Tovuz" - "Fənərbağça" matçı müzakirə olundu

12:00

"Yuventus" PSJ-nin ulduzunu rənglərinə bağladı - Bu məbləğə

11:41

"Milan" "Fənərbağça"nın bu təklifini rədd etdi

11:22

Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

13:16

Dünya Seriyası: "Neftçi SOCAR" mübarizəni 1/4-də dayandırdı

12:50

"Qalatasaray" yeni yarımmüdafiəçi ilə anlaşdı

11:43

Azərbaycan millisi Niderlandla qarşılaşır

11:17

"Real Madrid" "Fiorentina" ilə bacarmadı

10:40

PSJ yapon ulduzu "Yuventus"un əlindən aldı

Facebookdan bizi izləməyi unutmayın.
X