Beynəlxalq Olimpiya Komitəsi (İOC) boks, ağırlıqqaldırma və müasir pentatlonu 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarının ilkin proqramına daxil etməyib.
Fanat.Az xəbər verir ki, qurum bunu müvafiq beynəlxalq federasiyalarda dopinqlə mübarizə, şəffaf idarəçilik və maliyyə dayanıqlığı kimi mövzularda narahatlığın davam etməsi ilə əlaqələndirib.
Qərar adıçəkilən idman növlərinin Olimpiadanın proqramında yer almayacağı anlamına gəlmir. Lakin bu üç növ Oyunlarda təmsil olunmaq istəyən digər növlərlə mübarizə aparmalı olacaq.
Komitənin yekun proqramı 2023-cü ildə açıqlaması gözlənilir.
Qeyd edək ki, ağırlıqqaldırma 1896, boks 1904, modern pentatlon isə 1912-ci ildə Olimpiya Oyunlarının proqramına daxil edilib.