Bu gün Serbiyanın Loznitsa şəhərində boks üzrə beynəlxalq turnir start götürür.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanı Mirşərif Kazımzadə təmsil edəcək.
Millimizin 75 kiloqram çəki dərəcəsindəki üzvü ilk qarşılaşmasında moldovalı idmançı ilə mübarizə aparacaq.
Qeyd edək ki, turnir 4 gün davam edəcək.