Türkiyəli boks üzrə Olimpiya çempionu Busenaz Sürmeneliyə doğma şəhəri Trabzonda avtomobil hədiyyə edilib.
Fanat.Az xəbər verir ki, 23 yaşlı idmançıya maşının açarlarını şəhər valisi İsmail Ustaoğlu təqdim edib.
"Ölkəmizə və Trabzona qürur yaşadan Busenaz qızımıza şəhər əhalisi və iş adamlarının ərmağanı olaraq avtomobil bağışlayırıq. Bu, onun məşqlərə daha rahat gedib-gəlməsi və gündəlik ehtiyaclarını asan qarşılaya bilməsi üçündür" - deyə Ustaoğlu bildirib.
Qeyd edək ki, Busenaz Sürmeneli Tokio-2020-də 69 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Türkiyə tarixinə boks üzrə ilk Olimpiya çempionu kimi düşüb. O, daha əvvəl dünya çempionu tituluna da sahib çıxıb.
Sahib